...

Novruz Məmmədov: Türkiyə prezidentinin Azərbaycana səfəri ikitərəfli əməkdaşlıq üçün daha bir stimul olacaq

Siyasət Materials 28 Mart 2006 10:13 (UTC +04:00)

Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha çox genişlənməsi üçün stimul rolunu oynayacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Prezidentinin İcra Aparatının xarici əlaqələr üzrə şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Səfər gedişində tərəfləri maraqlandıran məsələlrin geniş spektri müzakirə ediləcək. Bu, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinin inkişafı, eləcə də iqtisadi, regional əməkdaşlıq, beynəlxalq məsələlər olacaq.

Ə.Sezərin Bakıya səfəri aprelin 4-5-nə təyin edilib. H.Məmmədov xatırladıb ki, səfər yanvarın sonlarında baş tutmalı idi. Lakin hava şəraitinin kəskin pisləşməsinə görə o təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti