...

Gəncədə yeni fabrik inşa olunur

Siyasət Materials 28 Mart 2006 11:29 (UTC +04:00)

Gəncədə yeni "Cardin Röyal" adlı fabrik inşa olunur. Müasir quruluş və dizayna malik fabrikdə müxtəlif çeşidli, keyfiyyətli şokalat istehsalı planlaşdırılır.

Fabrikin direktoru Miryusif Mahmudovun Trend ə bildirdiyinə görə, burada Türkiyə və İtaliya istehsalı olan müasir texnologiya gətirilərək quraşdırılacaq.

Fabrikdə istehsal olunan məhsul respublikamızla yanaşı xarici bazarlara da çıxarılacaq. İlk olaraq müəssisədə 150 nəfərin işləməsi planlaşdırılır. Müəssənin açılışı may ayının birinci ongünlüyünə planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti