...

Səməd Seyidov: Azərbaycanın AŞPA-dakı nümaynədə heyətinin üzvlərindən biri respublikanın hərbi hissələrindəki vəziyyətlə bağlı çıxış edəcək

Siyasət Materials 28 Mart 2006 13:00 (UTC +04:00)
Səməd Seyidov: Azərbaycanın AŞPA-dakı nümaynədə heyətinin üzvlərindən biri respublikanın hərbi hissələrindəki vəziyyətlə bağlı çıxış edəcək

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvlərindən biri təşkilatın yaz sessiyasının gedişində respublikanın hərbi hissələrində insan haqlarına riayət olunması məsələsi üzrə çıxış edəcək. Bu barədə Trend ə ekskluziv olaraq parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

"Biz aydın şəkildə bu sahədə hər hansı bir problemin olmadığını izah edəcəyik", -deyə S.Seyidov bildirib.

2006-cı il aprelin 10-dan 13-nə kimi Strasburqda keçiriləcək AŞPA-nın yaz sessiyasının gündəliyinə təşkilata üzv olan ölkələrdə hərbi qulluqçuların hüquqlarına riayət olması üzrə məruzənin layihəsi daxildir.

AŞPA-da 10861 nömrə altındakı məruzənin müəllifi bolqar Aleksandr Arabaciyev Avropa Şurasının Nazirlər Komitəsinə AŞ-yə üzv olan ölkələrdə hakimiyyətin silahlı qüvvələrində insan haqlarına riayət olunmasına yanaşmanı nizamlayacaq qaydaların təsdiqlənməsini təklif edib. Bu qaydalar İnsan haqları üzrə Avropa Konvensiyasına əsaslanıb.

Xəbər lenti

Xəbər lenti