...

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 28 Mart 2006 13:30 (UTC +04:00)

Martın 28-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Trend xəbən verir ki, mərasimdə milli təhlükəçsizlik naziri Eldar Mahmudov çıxış edib.

Nazir çıxışında söyləyib ki, ötən dövr Milli Təhluksizlik Nazirliyinin həyatında bütün sahələr üzrə əlamətdar olub. 2004-cü ildə başlanılmış islahatlar, qazanılmış uğurlar davam etdirilib. Nazirliyin qanunvericilik, normativ-hüquqi və maddi-texniki bazası təkmilləşdirilib, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli işlər görülüb.

Nazir həmçinin qeyd edib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Hazırda xarici dövlətlərin 42 xüsusi xidmət orqanı ilə əməkdaşlıq əlaqələri saxlanılır. Çoxsaylı sazişlər, memorandumlar və protokollar imzalanıb.

"Erməni terroru və vandalizmi Əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətində də prioritet istiqamət olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təhkilatlarla işgüzar münasibətlər qurulub. Aparılmış məqsədyönlü iş nəticəsində 6 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdan azad olunub" - deyə nazir çıxışında qeyd edib.

E.Mahmudov çıxışında diqqəti MTN-nin əks-kəşfiyyat fəaliyyətinə də yönəldib. O qeyd edib ki, MTN-nin fəaliyyətinin əsas istiqamətlərindən biri əks-kəşfiyyat işinin aparılmasıdır. Ötən il xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı apardıqları kəşfiyyat-təxribat fəaliyyətinin, plan və niyyətlərinin müəyyənləşdirilməsi üzrə mühüm işlər görülüb.

E.Mahmudov rəhbərlik etdiyi qurumun perspektivləri barədə də danışıb. "Ötən dövr ərzində nazirliyin əldə etdiyi uğurlar daha da inkişaf etdirilməlidir. Fəaliyyətimiz müasir və daim dəyişən dünyada təhlükəsizliyin təmin olunmasının prinsip və istiqamətləninin müəyyən etdiyi yeni vəzifələrə uyğun qurulmalıdır" - deyə nazir qeyd edib.

Tədbirin sonunda nazir Eldar Mahmudov MTN sahəsindəki xidmətlərinə görə qurumun bir sıra indiki və və istefada olan keçmiş əməkdaşlarına orden, medal və hədiyyələr təqdim edib.

Xəbər lenti

Xəbər lenti