...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi yaradıldı

Siyasət Materials 28 Mart 2006 13:34 (UTC +04:00)

Martın 28-də Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) yaradılması ilə bağlı saziş imzalanıb. Trend xəbər verir ki, sazişi Ümid, Milli İstiqlal, Tərəqqi, Milli Demokrat partiyalarının sədrləri və Milli Dirçəliş Hərəkatının lideri imzalayıb.

İmzalanma mərasimindən öncə mətbuat nümayəndələrinə yeni yaradılan mərkəzin fəaliyyəti barədə məlumat verən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib ki, məqsədləri cəmiyyətin demokratikləşməsi istiqamətində iş aparmaqdır: "Bu istiqamətdə əməkdaşlığın bütün imkanlarından istifadə ediləcək".

Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu isə bildirib ki, bu əməkdaşlıq gələcəkdə müttəfiqliyə də çevrilə bilər. Daha sonra çıxış edən Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Milli Dirçəliş Hərəkatının lideri Fərəc Ulusoy və Milli İstiqlal Partiyasının sədr əvəzi Ayaz Rüstəmov heç bir bloka qarşı birləşmədiklərini qeyd ediblər. Təmsil olunduqları mərkəzdə birgə fəaliyyətə üstünlük verəcəklərini bildirən liderlər imzalarına xəyanət etməyəcəklərini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti