...

Elçin Quliyev: Ermənistanın işğalı altındakı nəzarətsiz sərhədlər kriminal qüvvələr üçün gəlirli marşruta çevrilib

Siyasət Materials 28 Mart 2006 14:41 (UTC +04:00)
Elçin Quliyev: Ermənistanın işğalı altındakı nəzarətsiz sərhədlər kriminal qüvvələr üçün gəlirli marşruta çevrilib

Trend in Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi ilə müsahibəsi

- Azərbaycan Respublikasının Prezidenti 2005-2010-cu illərdə Dövlət Sərhəd xidmətinin inkişaf proqramını təsdiq edib. Proqram özündə hansı istiqamətləri əks etdirir?

- Azərbaycan Respublikasının prezidenti, Silahlı Quvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev 27 dekabr 2005-ci il tarixdə "Azərbaycan Respublikasının dövət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı imzalamışdır.

Bu proqram özündə Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığının, ölkənin iqtisadi təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsini, o cümlədən beynəlxalq terrorizm, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla mübarizədə və digər qanusuz fəaliyyətin qarşısının alınmasında imkanlarımızın genişləndirilməsini, müasir idarəetmə infrastrukturunun yaradılmasını, Dövlət Sərhəd Xidmətinin texniki imkanlarının artırılmasını, yeni sərhəd məntəqələrinin tikintisini, dövlət sərhədlərinin mühafizəsində müasir aşkaretmə avadanlıqlarının tətbiqini, kadrların təkmilləşdirilməsini, buraxılış məntəqələrində sərhəd nəzarətinin müasir tələblər səviyyəsində təşkil edilməsini, eləcə də hərbi qulluqçuların maddi, sosial, hüquqi təminatının yaxşılaşdırmasını əks etdirir.

- Azərbaycanda qaçaqmalçılıq problemi mövcüddurmu? Məlumdur ki, Dövlət Sərhəd xidməti son illərdə qaçaqmalçılıqla mübarizə üzrə böyük işlər görür. Bu sahədə daha hansı problemlər qalmaqdadır?

- Azərbaycan Respublikasının dövləi sərhədlərinin qaçaqmalçılıq məqsədilə pozulması hallarının ciddi azalmasına baxmayaraq, hələ də bu cür cəhdlər mövcüddur. Qaçaqmalıçılığa qarşı mübarizə Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biridir. Bunun nəticəsi olaraq, qaçaqmalçılıqla mübarizədə bir sıra nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2005-ci il ərzində dövlət sərhədinin mühafizəsi zamanı 3 ədəd tapanca, 1 ədəd avtomat silahı, 3 ədəd ov tüfəngi, 125 ədəd qumbara, 296 ədəd patron, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd dürbin, 25 ədəd mərmi, 25 ədəd üzmə vasitəsi, 15 ədəd avtomaşin, 960 ədəd peyk teleqəbuledicisi, 1. 537 kiloqram əlvan metal, 52 897 litr dizel yanacağı, 4.348 butulka spirtli içki, 6800 litr spirt, 68 755 qutu siqaret, 52 582 ədəd müxtəlif geyim əşyaları, 4 463 baş mal-qara və s. saxlanılmıışdır.

2005-ci il ərzində tutulmuş qaçaqmalın ümumi dəyəri 5 milyard 949 milyon 627 min manat (1. 189.925 AYM) olmuşdur.

- Azərbaycan ərazisindən istifadə etməklə qeyri-qanuni miqrasiyanın əsas marşrutları hansılardır? Bununla mübarizədə hansı çətinliklərlə qarşılaşırsınız? Bu məsələ ilə bağlı başqa əlaqədar idarələrlə münasibətləriniz hansı səviyyədədir?

- Bildiyiniz kimi, Azərbaycan Avropa və Asiyanın qovuşduğu ərazidə yerləşir. "İpək yolu"nun bərpası və TRASEKA layihələri çərçivəsində Azərbaycan Respublikasının ərazisindən transkontinental Avrasiya marşrutu keçir və ölkə ərazisindən hər iki istiqamətdə hərəkət edən nəqliyyat vasitələri və yüklər üçün tranzit dəhlizi kimi istifadə edilir.

Azərbaycan Respublikası ərazisində mövcüd olan avtomobil, dəmiryol, ixrac boru-kəməri, aviasiya və dəniz nəqliyyatından tranzit sərnişin və yükdaşımalarında istifadə olunur. Bu nəqliyyat dəhlizlərinin mövcüdlüğü respublika ərazisindən qeyri-leqal miqrasiya üçün istifadəyə şərait yaradır.

Son illərdə əhalisinin sosial-iqtisadi vəziyyəti aşağı olan, müxtəlif konfliktlərə cəlb edilmiş və münaqişə ocaqları hesab edilən ölkələrin (əsasən Yaxın Şərq və Mərkəzi Asiya dövlətlərinin) vətəndaşlarının bir qismininnunsuz sənədlər ilə Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə Avropa və digər Qərb ölkələrinə getmək cəhdlərininayı artmışdır.

Azərbaycan Respublikasının ərazisi Asiyadan Avropaya ən qısa marşruta və əlverişli coğrafi şəraitə malikdir. Bu səbəbdən də son illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədindən keçən insanların sayının artması müşahidə olunur. Belə ki, 2005-ci il ərzində dövlət sərhədlərindən 5 milyon nəfər və 1,5 milyon nəqliyyat vasitəsi keçmiş, tərəfimizdən 2881 nəfər sərhəd pozucusu saxlanılmışdır. İran, Əfqanıstan, Pakistan, İraq, Hindistan, Qırğızıstan, Sinqapur, Çin, Cənubi Afrika Respublikası, Nigeriya və digər ölkələrin vətəndaşı olan 330 şəxsdə, əsasən Avropa Biliyi ölkələrinin saxta sənəd və vizaları aşkar olunmuşdur. Hüquq-mühafizə orqanlarının və İnterpolun xətti ilə beynəlxalq axtarışda olan 472 şəxs sərhədi keçən zaman tərəfimizdən saxlanılmış, 3780 əməliyyat tapşırığı yerinə yetirilmişdir.

Hazırda bölgədə qeyri-leqal miqrasiya fəaliyyəti, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi əsasən İran-Azərbaycanın işğal olunmuş əraziləri - Ermənistan-Avropa marşrutu ilə həyata keçirilir. Məlumdur ki, ölkəmizin Ermənistanla 1007,1 kilometlik ümumi sərhədi var. Bu sərhədlərin 733 kilometri hazırda işğal altındadır. Bunlardan əlavə, erməni işğalçıları ölkəmizin İranla mövcüd olan 765 kilometrlik quru sərhədlərinin 132 kilometrini də işğal altında saxlayırlar. İşğal altında olan həmin sərhədlərimiz nəzarətsiz qaldığından cinayətkar qüvvələr üçün əlverişli marşruta çevrilib. Bu marşrutdan istifadə edilməsi ciddi fəsadlar törədə bilər.

Son zamanlar müasir rabitə vasitələri, gecəgörmə cihazları ilə təchiz olunmuş sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı silah tətbiq edilməsi halları artmışdır.

Qeyri-leqal miqrasiya ilə mübarizədə Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, BMqT, İnterpol və digər qurumlarla qarşılıqlı və faydalı əməkdaşlıq əlaqələri mövcuddur.

- Qonşu ölkələrin sərhəd xidmətləri ilə qarşılıqlı əlaqələri necə qurursunuz?

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qonşu dövlətlərlə (Ermənistan istisna olmaqla) ikitərəfli faydalı əməkdaşlıq əlaqələri vardır və bu əlaqələr daim inkişaf etdirilir. Həmsərhəd olduğumuz Rusiya, Gürcüstan, Türkiyə, İran və Qazaxıstanın müvafiq qurumları ilə mütəmadi olaraq müxtəlif səviyyələrdə görüşlər keçirilir və bu görüşlərdə dövlət sərhədinin mühafizəsi, bu sahədə yaranmış problemlər və həmin problemlərin həlli yolları barədə danışıqlar aparılır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təkcə qonşu ölkələrin sərhəd mühafizə qüvvələri ilə qarşılıqlı əlaqələr yaratmaqda kifayəllənmir. Dövlət Sərhəd Xidmətinin dünyanın bir sıra ölkələrinin (ABŞ, Almaniya, Finlandiya, Macarıstan, Avstriya, Polşa, Bolqarıstan, Rumıniya, Litva, Latviya, Estoniya, Slovakiya, Qazaxıstan və s.) sərhəd mühafizə qurumları və həmçinin NATO, ATƏT, Avropa İttifaqı, GUAM, AEBA, BMqT, Sərhəd məsələləri üzrə Beynəlxalq Konfransı, BMT-nin qaçqınlar üzrə Ali Komissarlığıı, İnterpol və digər nüfuzlu beynəxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, məsləhətləşmələr, mütəşəkkil transsərhəd cinayatkarlığına qarşı mübarizə, dövlət sərhədlərinin mühafizəsinin effektliyinin artırılması, sərhədlərin təhlükəsizliyinin qarşılıqlı təmin olunması və s. baxımdan sıx əlaqələri mövcüddur və bu əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl iş aparılır.

Azərbaycan Respublikasının Dövlət sərhəd Xidmətinin 2003-2006- cı illərdə NATO-da Azərbaycanın sərhəd təhlükəsizliyinə dair təqdimat keçirilmişdir. Hazırda Dövlət Sərhəd Xidməti Şiofok Sərhəd məsələləri üzrə Beynəlxalq Konfransın "Silah sursat və radioaktiv materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə qrupuna rəhbərlik edir.

- Cürcüstan və Rusiya ilə dövlət sərhədlərinin delimitasiyası üzrə vəziyyəti necə qiymətləndirirsiniz və bu məsələ ilə bağlı danışıqların başa çatmaq perspektivi necədir?

- Gürcüstan və Rusiya ilə dövlət sərhədlərinin delimitasiyası ilə Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyası məşğuldur. Dövlət Sərhəd Xidmətinin əməkdaşları da bu komissiyanın tərkibində fəaliyyət göstərirlər.

- Dövlət Sərhəd Xidməti 2005-ci ildə neft-qaz yataqlarının və boru kəmərlərinin mühafizəsi ilə bağlı təlimlər keçirilib. Bu il də belə tədbirlər keçiriləcəkmi və bu işə əlaqədar nazirlik və idarələr də cəlb olunacaqmı?

- Hər il olduğu kimi 2006-cı ilin döyüş hazırlığı proqramında da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən dövlət sərhədinin mühafizəsi zamanı sahilə, adalara, neft-qaz ixrac boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, təxribat-kəşviyyat qurplarının zərərsizləşdirilməsi və xilasetmsə işlərinin aparılması ilə bağlı xüsusi taktiki təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu təlimlərdə Dövlət Sərhəd Xidmətinin hissə və birləşmələri ilə yanaşı, Azərbaycan Respublikasının digər müavfiq orqanlarının bölmələrinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti