...

Fuad Ələsgərov: "Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın milli maraqları və təhlükəsizliyin keşiyində dayanan nüfuzlu struktura çevrilib"

Siyasət Materials 28 Mart 2006 14:57 (UTC +04:00)

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi milli maraqların və təhlükəsizliyin keşiyində dayanan nüfuzlu struktura çevrilib. Trend in məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 87-ci ildönümünə həsr olunuş mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hüquq-muhafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov söyləyib.

F.Ələsgərov qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyinin son ikiillik fəaliyyəti xüsusi qiymətləndirilməlidir. "Azərbaycan dövlətinin tarixində müasirləşmə prosesi gedir və bu proses bütün sahələri, o cümlədən, Milli Təhlükəsizlik Nazirliyini də əhatə edir. Nazirlikdə yaradılmış normativ-hüquqi baza, hüquqi sənədlərin qəbulu, kadr islahatları, struktur dəyişiklikləri onun fəaliyyətinə öz müsbət təsirini göstərib. Nazirlik öz fəaliyyəti sahəsində yüksək nailiyyətlər əldə edib" - deyə F.Ələsgərov vurğulayıb.

F.Ələsgərov həmçinin qeyd edib ki, nazirliyin əldə etdiyi uğurlar ümummilli lider Heydər Əliyevin vaxtilə bu quruma göstərdiyi xüsusi diqqət sayəsində baş tutub. "Ulu öndərin milli təhlükəsizliyimizin keşiyində dayanan bu quruma göstərdiyi qayğını bu gün möhtərəm prezidentimiz İlham Əliyev davam etdirir" - deyə F.Ələsgərov söyləyib.

F.Ələsgərov çıxışının sonunda Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyini və əməkdaşlarını qurumun 87-ci ildönümü münasibətilə təbrik edib, vətəndaşların təhlükəsizliyinin təminatında qurum əməkdaşlarına uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti