...

Eldar İbrahimov: "ATƏT PA-nın məruzəçisi Qoran Lenmarker Azərbaycana aprel ayında gələcək"

Siyasət Materials 28 Mart 2006 15:04 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker apreldə Azərbaycana gələcək. Bu barədə Trend Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib.

E.İbrahimov bildirib ki, ATƏT PA-nın nümayəndəsi kimi martın 26-da Ukraynada keçirilən parlament seçkilərinin müşahdəçi qismində Kiyevdə qurumun sədri Hastinqs Elsi və baş katibi Spenser Oliverlə görüşüb: "Onlarla söhbət zamanı ATƏT PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin bölgəyə nə vaxt səfər edəcəyini soruşdum. Bldirdilər ki, məruzəçi Azərbaycana aprel ayında gələcək". Millət vəkili qeyd edib ki, Q.Lenmarker Dağlıq Qarabağla bağlı hazırladığı mərzusənin üzərində yenidən işləmək məqsədilə Azərbaycana səfər edəcək.

E.İbrahimov onu da vurğulayıb ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti qurumun iyulun 3-7-də Brüsseldə keçiriləcək yay sessiyasında Dağlıq Qarabağ problemini gündəliyə çıxarmaq məqsədindədir: "Bunun üçün Qoran Lenmarkerlə Azərbaycanda görüşüb məruzə ilə bağlı fikir mübadiləsi aparmağı planlaşdırmışıq".

Xəbər lenti

Xəbər lenti