...

Bu il AQTETM-in növbəti sammiti keçiriləcək

Siyasət Materials 28 Mart 2006 15:20 (UTC +04:00)

Bu il Asiyada qarşılıqlı təsir və etimad tədbirləri üzrə Müşavirənin (AQTETM) növbəti sammiti keçiriləcək. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyində bildirilib.

Növbəti sammitdə regionda hərbi-siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə təhlükəsizlik və etimadın möhkəmləndirilməsinə dair əməkdaşlıqla bağlı kompleks məsələlərə baxılması nəzərdə tutulur.

Dövlət başçıları həmçinin Katiblik haqqında Əsasnamə və təşkilata üzv ölkələrin XİN başçılarının görüşündə qəbul edilmiş etimad tədbirləri Kataloqunun gerçəkləşdirilməsi mexanizmlərini təsdiq edəcək.

Xatırladaq ki, AQTETM 1992-ci ildə Qazaxıstan prezidenti H.Hazarbayevin təşəbbüsü ilə yaradılıb. AQTETM dövlət və hökumət başçılarının ilk sammiti 2002-ci ilin iyununda keçirilib. Təşkilata Əfqanıstan, Azərbaycan, Misir, Hindistan, İsrail, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan kimi 16 dövlət üzvdür. İndoneziya, Malayziya, ABŞ, Cənubi Koreya, Yaponiya, Ukrayna, Vyetnam kimi ölkələrin təşkilatda müşahidəçi statusu var. AQTETM-də BMT, ATƏT, Ərəb dövlətləri Liqası kimi bir sıra beynəlxalq təşkilatlar da təmsil olunub.

Xəbər lenti

Xəbər lenti