...

Aqrar siyasət daimi komissiyası iki qanun layihəsini müzakirəyə çıxaracaq

Siyasət Materials 28 Mart 2006 17:21 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin aqrar siyasət daimi komissiyası parlamentin yaz sessiyasında iki qanun layihəsini müzakirəyə çıxarmağı planlaşdırıb. Bu barədə Trend ə adıçəkilən komissiyanın sədri Eldar İbrahimov bildirib.

Komissiya sədri birinci qanun layihəsinin "Fitosanitariya haqqında" olduğunu qeyd edib. Bildirib ki, bu qanun layihəsində əsasən xaricdən gətirilən bitkilərin mühafiəzsinin gücləndirilməsi nəzərdə tutulub. İkinci qanun layihəsi isə "Bağçılıq təsərrüfatı haqqında"dır. E.İbrahimov bu qanunla bağçılıq təsərrüfatının inkişafının yeni formada həyata keçiriləcəyini vurğulayıb.

Hər iki qanun layihəsinin müzakirəsində aidiyyatı orqanların mütəxəssislərinin də iştirak etdiyini deyən E.İbrahimov komissiyanın iclasında sənədlərə yenidən baxılacağını vurğulayıb. Qeyd edib ki, komissiyanın iclası ya bu həftə, ya da gələn həftə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti