...

Gəncə-aeroport yolunda yeni ticarət mərkəzi tikiləcək

Siyasət Materials 28 Mart 2006 17:52 (UTC +04:00)

Gəncə-aeroport yolunun kənarında yeni yolüstü ticarət mərkəzi tikiləcək. Şəhər arxitektura şöbəsinin müdiri Məmməd İbrahimovun sözlərinə görə, mərkəzin uzunluğu 3,2 km, sahəsi isə 180 hektar olajaq.

Müasir üslubda tikiləcək infrastruktur 4 dairəvi arxitektur əraziyə bölünüb. Burada ticarət və içtimai iaşə obyektləri ilə yanaşı istehsal, xidmət sahələri və bank şəbəkəsinin də fəaliyyət göstərəcəyi planlaşdırılır. İbrahimovun verdiyi məlumata görə, mərkəzin layihəsi hazırdır.

Yaxın vaxtlarda ərazidə tikinti işlərinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti