...

Arif Hacılı: "Ölkədə növbədənkənar seçkilər keçirilərsə bu zaman Müsavat siyasi blok yaradacaq"

Siyasət Materials 29 Mart 2006 10:34 (UTC +04:00)

Müsavat Partiyasının yaxın zamanlarda hər hansı blokda təmsil olunması gözlənilmir. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

Qeyd edək ki, Müxalifətin Siryasi Əlaqəndirmə Mərkəzinin (MSƏM) yaradılması ilə bağlı Müsavat Partiyası rəhbərdliyilə də danşaqların aparıldığı bildirilmişdir. Lakin MSƏM-in yaradılması ilə bağlı martın 28-də təşkil olunan tədbirdə Müsavatdan nümayəndənin iştirak etməməsi jurnalistlərdə bir çox suallar doğurdu.

A.Hacılı bildirib ki, əgər ölkədə növbədənkənar seçki şəraiti yaranarsa bu zaman seçki öncəsi hər hansı siyasi blokun yaranması ilə məşğul olacaqlar: "Ancaq indiki dönəmdə isə siyasi blokların və mərkəzlərin yaranması aktual deyil. Çünki birləşmələr yalnız seçki öncəsi baş verməlidir".

Xəbər lenti

Xəbər lenti