...

Natiq Məmmədov: "Ukraynada keçirilən seçkiləri öz müşahidələrimiz əsasında ümumilikdə müsbət qiymətləndiririk"

Siyasət Materials 29 Mart 2006 11:38 (UTC +04:00)
Natiq Məmmədov: "Ukraynada keçirilən seçkiləri öz müşahidələrimiz əsasında ümumilikdə müsbət qiymətləndiririk"

"Martın 26-da Ukraynada keçirilən parlament seçkiləri normal şəraitdə keçib və onu öz müşahidələrimiz əsasında ümumilikdə müsbət qiymətləndiririk". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

Qeyd edək ki, Ukranya Ali Radasına keçirilən seçkilərdə Azərbaycanın Mərkəzi Seçki Komissiyasından müşahidəçi qismində MSK-nın katibi Natiq Məmmədov və şöbə müdiri Elşən Əsgərov iştirak edib. Onların müşahidəçiliyi Ukraynanın MSK-sının dəvəti ilə baş tutub.

Natiq Məmmədov bildirib ki, MSK-nın nümayəndə heyəti Ukraynaya seçkidən əvvəl getdiyinə görə seçkilərin təşviqat mərhələsini də müşahidə etmək imkanı qazanıb. Əsasən Kiyev şəhəri ərazisində müşahidələr aparan MSK nümayəndələri namizədlərin seçiciləri ilə görüşləri, yığıncaqları, onların təşviqat materialların yerləşdirilməsi və digər prosesləri izləyə biliblər: "Təbliğat kampaniyası ilə bağlı bizdə artıq müəyyən fikirlər formalaşdı. Həmçinin bir sıra seçki məntəqəsində olduq. Məntəqələrin açılmasından başlamış, səsvermənin gedişi, səslərin sayılması proseslərini müşahidə etdik. Ümumi qənaətimizə əsasən deyə bilərik ki, bütün seçkilərə xas olan formada seçki keçirildi. Nəzərə alsaq ki, heç bir yerdə ideal seçki keçirilmir, Ukraynada da seçki prosesində bir sıra texniki problemlər yaranırdı. Məsələn, bəzi seçicilərin adlarının siyahılara düşməməsi, məntəqələrdə seçicilərin növbələrə dayanması, kabinədə bir neçə nəfərin olması və digər xırda problemlər nəzərə çarpırdı. Bunlar istisna olmaqla ümumilikdə seçkilər normal keçib və ümumi nəticələrə ciddi təsir edə biləcək, seçicilərin iradəsini kobud şəkildə pozacaq qanun pozuntularına rast gəlmədik"-deyə N.Məmmədov açıqlama verib.

MSK katibinin sözlərinə görə, hər bir seçkiyə peşəkarlıqla yanaşmaq lazımdır. Hər bir xırda nöqsanı ciddi qanun pozuntusu kimi qiymətləndirmək, məsələn, seçki kabinəsində artıq bir nəfərin olmasını hay-küylə qarşılamaq lazım deyil. N.Məmmədov onu da deyib ki, müşahidəçilərin seçki ilə bağlı öz fikirlərini, müşahidəsi əsasında yaranan rəyini həmin ölkənin ictimaiyyətinə, kütləvi informasiya vasitələrinə çatdırmaq hüququ var: "Biz də öz fikirlərimizi bildirmişik, bizə müraciət edənlərə rəyimizi açıqlamışıq".

Xəbər lenti

Xəbər lenti