...

Apreldə Moskvada Beynəlxalq Kommunist Partiyaları İttifaqının növbəti plenumu keçiriləcək

Siyasət Materials 29 Mart 2006 14:11 (UTC +04:00)

Aprel ayında Beynəlxalq Kommunist Partiyaları İttifaqının (BKİP) Moskvada növbəti plenumu keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Kommunist Partiyası (AKP) sədrinin birinci müavini Rauf Qurbanov bildirib.

R.Qurbanov qeyd edib ki, plenumunda müzakirə olunacaq məsələlərlə bağlı dəqiq məlumata malik deyil: "Çünki gündəlik həmişə plenumun keçirilməsinə bir həftə qalmış dəyişikliyə məruz qalır. Bu barədə bizə məlumat verildikdən sonra hansı məsələlərin müzakirə olunacağı dəqiqləşəcək". AKP rəsmisi onu da bildirib ki, hər plenumda olduğu kimi bu tədbirdə də gündəlikdə duran məsələlərlə bağlı çıxış edəcək.

AKP rəsmisi onu da vurğulayıb ki, Moskvada keçirilən bütün plenumların təşkilatçılığı Beynəlxalq Kommunist Partiyaları İttifaqının rəhbəri Rusiya kommunistlərinin lideri Gennadi Züqanov tərəfindən həyata keçirilir. BKPİ-də dünyanın bir sıra dövlətlərinin kommunist partiyalarının rəhbərləri təmsil olunur. AKP sədrinin birinci müavini də adıçəkilən təşkilatın rəhbər orqanlarında təmsil olunur.

Xəbər lenti

Xəbər lenti