...

DCP Müsavat başqanı İsa Qəmbərin rəhbərlik etdiyi "Bizim Azərbaycan" blokundan çıxıb

Siyasət Materials 29 Mart 2006 14:21 (UTC +04:00)

Demokratik Cümhüriyyət Partiyası (DCP) Müsavat başqanı İsa Qəmbərin rəhbərlik etdiyi "Bizim Azərbaycan" blokundan çıxıb başqanın liderliyini qəbul etməyən eyniadlı ikinci bloka daxil olub. Bu barədə Trend ə İ.Qəmbərin liderliyini qəbul etməyən "Bizim Azərbaycan" blokunun mətbuat xidəmtindən bildiriblər.

Qeyd edək ki, 2003-cü il prezident seçkiləri öncəsi İsa Qəmbərin təşəbbüsü ilə yaradılan "Bizim Azərbaycan" bloku ötən il iki yerə parçalanıb. Blokun bir hissəsi Müsavat başqanı İsa Qəmbərin sədrliyini qəbul edib, digər hissədə təmsil olan 10-a yaxın partiya isə bunun əleyhinə olduğundan fəaliyyətlərini müstəqil şəkildə davam etdirirlər.

Blokun mətbuat xidmətindən onu da bildiriblər ki, DCP sədri Füzuli Vəziroğlu İ.Qəmbərin blok daxilində yürütdüyü siyasətə etiraz əlaməti olaraq oranı tərk edib. O da bildirilib ki, İ.Qəmbərin liderliyini qəbul etməyən "Bizim Azərbaycan" bloku hər həftənin şənbə günləri toplantısını keçirir. Blokda sədrlik hər ay rotasiya üsulu ilə həyata keçirilir. Mart ayında bu missiyanı Xalq Qurtuluş Partiyasının sədri Yusif Muğansoy öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti