...

Asim Mollazadə Rumıniya səfirinin müavini ilə görüşüb

Siyasət Materials 29 Mart 2006 15:42 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə martın 29-da Rumıniyanın Azərbaycandakı səfirinin müavini Iiktor Oprea ilə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Azərbaycan-Rumıniya münasibətləri, Azərbaycanın Avropaya inteqrasiyası, Demokratik İslahatlar Partiyasının seçkilərdə iştirakı məsələləri müzakirə olunub. Asim Mollazadə qonağa partiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti