...

Azərbaycan prezidenti Hacıqabul və Bərdə Rayon İcra Hakimiyyəti başçılarını vəzifəsindən azad edib

Siyasət Materials 29 Mart 2006 16:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin 29 mart 2006-cı il tarixli sərəncamı ilə Firudin Babayev Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Trend in xəbər verdiyi kimi, bu vəzifəyə Əhməd Muxtarov təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Elman Allahverdiyev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu vəzifəyə İlham Ağayev təyin edilib.

Xəbər lenti

Xəbər lenti