...

Azərbaycanın Səhiyyə Nazirliyi bir sıra regionların əczaçılıq müəssisələrində reydlər keçirir

Siyasət Materials 29 Mart 2006 17:22 (UTC +04:00)
Azərbaycanın Səhiyyə Nazirliyi bir sıra regionların əczaçılıq müəssisələrində reydlər keçirir

Azərbaycanın Səhiyyə Nazirliyinin İnnovasiya və Təminat Mərkəzi müntəzəm olaraq ölkənin əczaçılıq müəssisələrində reydlər keçirir. İndiyədək 330 aptekdə keçirilmiş reydlər nəticəsində lisenziyanın olmaması, dərmanların lazımsız şəraitdə saxlanması, müvafiq tibbi təhsilə malik olmayan əməkdaşlarla bağlı pozuntular aşkar edilib. Bu barədə Trend ə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, 12 aptekin fəaliyyəti artıq dayandırılıb, 44 müəssisəyə isə xəbərdarlıq edilib. "Ölkənin bir sıra regionunda dərman preparatlarının topdan satışı ilə məşğul olan aptek və şirkətlərdə reydlərə başlanılıb. Şamaxı, İsmayıllı, Qax, Balakən, Əli-Bayramlıda fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər başa çatıb. Bu reydlər nəticəsində dərmanların saxlanma şəraitinin yaxşılaşdırılması və bu sahədə fəaliyyət üzrə lisenziyanın alınması ilə bağlı xəbərdarlıqlar edilib", - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.

C.Məmmədova onu da qeyd edib ki, aprelin 1-ci ongünlüyündən başlayaraq Bərdə, Ağcabədi və Ağdam rayonlarında fəaliyyət göstərən apteklərdə genişləndirilmiş yoxlamalar aparılacaq.

Xəbər lenti

Xəbər lenti