...

Oqtay Şirəliyev: Bakıda saxta dərman preparatlarının aşkar edilməsi üçün xüsusi laboratoriya yaradılacaq

Siyasət Materials 30 Mart 2006 13:37 (UTC +04:00)
Oqtay Şirəliyev: Bakıda saxta dərman preparatlarının aşkar edilməsi üçün xüsusi laboratoriya yaradılacaq

Azərbaycan səhiyyə Nazirliyinin innovasiya və təchizat mərkəzində keyfiyyətsiz və saxta dərman preparatlarının aşkar edilməsi üçün yeni laboratoriya yaradılacaq. Trend in məlumatına görə, martın 30-da keçirilən mətbuat konfransında səhiyyə naziri Oqtay Şirəliyev bu barədə bildirib.

Hazırda mərkəzdə təmir işləri aparılır.

Nazirin sözlərinə görə, ölkə ərazisinə gətirilən dərmanlar üzərində nəzarət gücləndirilib. "Aparılan reydlər nəticəsində, demək olar ki, 300 aptekdə yoxlamalar həyata keçirilib, 12 aptekin fəaliyyəti dayandırılıb, 44 aptekə isə lisenziyaların geri alınması ilə bağlı xəbərdarlıq edilib" -deyə o qeyd edib.

Aprel ayından Bərdə, Ağcabədi və Ağdam rayonlarındakı apteklərdə genişləndirilmiş reydlərə başlanacaq.

Xəbər lenti

Xəbər lenti