...

Səyavuş Hovruzov: "Siyasi partiyalar haqqında" qanun layihəsi parlamentin payız sessiyasında qəbul ediləcək"

Siyasət Materials 30 Mart 2006 14:10 (UTC +04:00)
Səyavuş Hovruzov: "Siyasi partiyalar haqqında" qanun layihəsi parlamentin payız sessiyasında qəbul ediləcək"

"Siyasi partiyalar haqqında" qanun layihəsi əlavələr və dəyişikliklər edilməklə parlamentin payız sessiyasında qəbul ediləcək. Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

S.Hovruzov qeyd edib ki, "Siyasi partiyalar haqqında" qanun mükəmməl hazırlanmalıdır. Siyasi partiyaların yaranması, fomalaşması, fəaliyyət istiqamətləri, partiyaların fraksiyalar yaratması, maliyyələşməsi bu qanun layihəsində öz kəsni tapmalıdır: "Mən qanun layihəsinə dəyişikliklər və əlavələrla bağlı 4 aspektdə dəyişikliklər hazırlamışam. Yaxın günlərdə bu sənəd parlamentin rəhbərliyinə təqdim ediləcək".

Millət vəkili onu da bildirib ki, adıçəkilən qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq: "Sənəd parlamentin payız sessiyasında müzakirə ediləcək".

Xəbər lenti

Xəbər lenti