...

Ziyafət Əsgərov: Hərbi və müdafiə məsələləri ilə bağlı bəzi qanunlarımızda dəyişikliklər ediləcək

Siyasət Materials 30 Mart 2006 15:32 (UTC +04:00)
Ziyafət Əsgərov: Hərbi və müdafiə məsələləri ilə bağlı bəzi qanunlarımızda dəyişikliklər ediləcək

Hərbi və müdafiə məsələləri ilə bağlı qanunlarımızın bəzi hissələri mövcud dövrün tələblərinə cavab vermədiyindən onların üzərində iş aparılır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib.

Z.Əsəgərov onu da bildirib ki, hərbi və müdafiə məsələləri ilə bağıl paket qanunların demək olar ki, hamısı qəbul olunub: "1995-ci ilə qədər, yəni ilk milli konstitusiyamızın qəbul olanmasına qədər olan hərbi qanunların bəzi hissələri indiki dövrün tələblərinə cavab vermədiyinə görə onların üzərində işləyirik. İşimizi başa çatdırsaq, parlamentin yaz sessiyasında həmin sənədləri müzakirə edəcəyik. Başa çatdırmasaq, həmin qanunların müzakirəsi parlamentin payız sessiyasına saxlanılacaq".

Z.Əsəgərov qeyd edib ki, bu qanun layihələri üzərində parlamentin hərbi və inzibati qanunvericilik şöbəsi və təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyaları birgə işləyir. Birinci vitse-spiker professional orduya geçməklə bağlı jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, bunun hələ vaxtı deyil: "Bunun üçün çox şərtlər lazımdır. Güman edirəm ki, bu gün o barədə danışmaq hələ tezdir". Hərbi doktirinanın hazırlanması ilə bağlı verilən suala isə Z.Əsəgərov belə cavab verib: "Azərbaycan dövlətinin milli təhlükəsizlik konsepsiyasının hazırlanması ilə bağlı prezidentin sərəncamı ilə xüsusi komissiya yaradılıb. Bu istiqamətdə iş yekunlaşdıqdan sonra sənədlər müzakirəyə çıxarılacaq".

Xəbər lenti

Xəbər lenti