...

Gəncədə quş qripi ilə mübarizəyə həsr olunmuş daha bir tədbir keçirildi

Siyasət Materials 30 Mart 2006 15:46 (UTC +04:00)

Martın 30-da Gəncədə quş qripi ilə mübarizəyə həsr olunmuş daha bir tədbir keçirildi. Siyasi Maarif Evində bir sıra hökümət ve QHT nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada çıxış edən baytarlıq və səhiyyə iidarələrinin nümayəndələri həyəcan təbili çaldılar.

Şəhər Baytarlıq İdarəsinin rəisi Hüseyn Abbasov dezinfeksiya üçün xüsusi geyim və avadanlıqların yoxluğundan, kadr çatışmazlığından şikayətləndi. Həmçinin Qərb regionunun mərkəzi hesab olunan Gəncədə artıq bir neçə ildir ki, baytarlıq laboratoriyasının olmadığı vurğulandı. Gəncə şəhərinin Profilaktiki Dizinfeksiya İdarəsi də texnika və dezinfeksiyaedici məhlulların yox səviyyəsində olduğunu bildirdi.

Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri Şirin Əhmədova da dezinfeksiyaedici məhlul və həkimlər üçün xüsusi geyimlərin verilməməsi ilə yanaşı, şübhəli xəstələrdən götürülən qan analizlərinin hər dəfə Bakı şəhərinə, Gigiena və Epidemia Mərkəzinə göndərmyin onlara bir sıra çətinliklər yaratdığını bildirdi.

Yığınjaq iştirakçıları mərkəzləşdirilmiş diaqnoztika mərkəzinin yaradılmasına ehtiyac duyulduğunu diqqətə çatdırdılar.

Tədbiri təşkil edən Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası respublikanın daha bir neçə rayonunda bu cür dəyirmi masa və monitorinqlər keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti