...

ATƏT-in Bakı ofisinin başçısı bir sıra partiyaların rəhbərləri ilə görüşüb

Siyasət Materials 30 Mart 2006 18:16 (UTC +04:00)

Martın 30-da Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Ayaz Rüstəmov və Müsavat Partiyası başqanının müavini Sülhəddin Əkbər ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə görüş keçiriblər. Trend in məlumatına görə, görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi, seçkilər üzrə məsləhətlçisi Conatan Stonstrit və seçkilər departamentinin rəhbəri Gerart Mitçel iştirak ediblər.

Görüşdə əsas müzakirə predmeti 13 mayda keçiriləcək təkrar parlament seçkilərində ATƏT-in fəaliyyət mexanizmləri və müşahidə missiyasının seçkilərdə iştirakı məsələləri olub. Ayaz Rüstəmovun sözlərinə görə, tədbirdə həmçinin təkrar seçkilərdən sonra iqtidar-müxalifət dialoqunun gündəmə gərilməsi və bu dailoqda müzakirəyə çıxarılacaq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüş barədə məlumat verən Asim Mollazadə isə bildirib ki, əsasən seçkiqabağı durum, siyasi partiyaların seçkidə iştirakı və iştirak formalarını müzakirə ediblər. A.Mollazadənin sözlərinə görə, müzakirələr zamanı ATƏT nümayəndələri bildiriblər ki, seçkidən sonra siyasi partiyaların fəaliyyəti ilə bağlı müvafiq tədbirlər keçirməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti