...

Ayaz Rüstəmov: "AMİP adından istifadə etdiyinə görə Əli Əliyevi məhkəməyə verməyəcəyik"

Siyasət Materials 30 Mart 2006 18:37 (UTC +04:00)

ƏdliyyəNazirliyinin qərarından sonra AMİP adından istifadə etdiyinə görə Etibar Məmmədovun liderlik etdiyi partiya AMİP adından istifadə etdiyinə görə Əli Əliyevi məhkəməyə verməyəcək. Bu barədə Trend ə E.Məmmədovun liderlik etdiyi AMİP-in sədr əvəzi Ayaz Rüstəmov məlumat verib. O, bildirib ki, yanvarın 22-də keçirilən AMİP-in fövqəladə qurultayından sonra Əli Əliyevin bu partiyada təmsilçiliyinin ləğv olunması barədə qərar çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət olunmuşdu. Həmin qurultayın sənədləri də nazirliyə təqdim edilmişdi.

Ədliyyə Nazirliyinin Əli Əliyevin təmsilçiliyinin ləğvi və Ayaz Rüstəmovun sədrlik etdiyi AMİP-in qeydiyyata alınması barədə qərarından sonra mübahisəli ad məsələsinə son qoyulmalı idi. Lakin AMİP-in digər qanadının sədri Əli Əliyev nazirliyin qərarı ilə razılaşmır. O, Ədliyyə Nazirliyinin qərarından məhkəməyə şikayət vermək niyyətində olduğunu deyib. Ayaz Rüstəmov isə bildirib ki, Əli Əliyev artıq AMİP adından, partiyanın möhür və ştampından istifadə etməməlidir: "Əli Əliyevin sığındığı adamlar onu hansı ad ilə istəyirlər tanısınlar və tanıtsınlar, amma AMİP adından yox. Əli Əliyevdə olan möhür dublikatdır, amma biz bu möhürü geri tələb etməyəcəyik. Çünki qanuni qərardan sonra normal adamlar bunu başa düşməli və artıq mübahisələrə son qoymalıdırlar. Ona görə də Əli Əliyevdən məhkəməyə şikayət verməyi düşünmürük"-deyə A.Rüstəmov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti