...

İsgəndər Həmidov: Vətəndaş Cəmiyyəti Qurucuları bloku Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə qoşulacaq

Siyasət Materials 31 Mart 2006 11:21 (UTC +04:00)

Vətəndaş Cəmiyyəti Qurucuları bloku Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə qoşulacaq. Bu barədə Trend ə adıçəkilən blokun rəhbəri, Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov bildlirib.

İ.Həmidov onu da qeyd edib ki, Vətəndaş Cəmiyyəti Qurucuları bloku fəaliyyətini dayandırmayıb: "Düzdür, seçkilərdə məlum səbəblər üzündən qələbə qazanmasaq da, bəzi bloklar kimi fəaliyyətimizi dayandırmadıq. Biz fəaliyyət göstəririk. Yaxın günlərdə yeni yaradılan Müxalifətin Siyasəi Əlaqələndirmə Mərkəzinə üzv olmaq barədə məsələni müzakirə edəcəyik".

AMDP sədri onu da vurğulayıb ki, partiyanın qərargahı olmadığına görə blokun iclasları Liberal Demokrat Partiyasının qərargahında keçirilir. Yaxın günlərdə AMDP-nin öz qərargahının da olacağını deyən partiya sədri bu istiqamətdə axatıraşlarını davam etdirdiklərini söyləyib.

Xəbər lenti

Xəbər lenti