...

Fazil Qəzənfəroğlu: Dialoq predmetsiz müzakirədir

Siyasət Materials 31 Mart 2006 11:28 (UTC +04:00)

Azərbaycan terminologiyası ilə dialoq anlayışı düzgün verilməyib. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu iqtidar-müxalifət arasında dialoqa münasibət bildirərək qeyd edib.

Millət vəkili vurğulayıb ki, dialoq predmetsiz müzakirədir: "Yəni əvvəlcədən heç bir nəticə müəyyənləşdirmədən ciddi bir problem ətrafında müzakirədir. Təəssüf ki, bizdə əvvəlcədən belə məsələlər müəyyənləşir. Müzakirələr zamanı tərəflər hazırladıqları tezislərini ortaya qoyurlar və hərə öz tezisini müdafiə edir. Ancaq əslində tərəflər bir araya gələrək hansı məsələni müzakirə edəcəklərini müəyyənləşdirməlidir. Heç bir tərəfin hazırlığı olmadan bu müzakirələrdə ümumi nəticə əldə etmək olar".

F.Qəzənfəroğlu bildirib ki, bu halda hər hansı bir beynəlxalq təşkilatın əvvəlcədən hazırladığı məsələ ilə bağlı dialoqa ehtiyac olmaz. Millət vəkili onu da qeyd edib ki, müxalifət qüvvələrini bir araya gətirmək problemdir. Amma hər halda dialoqun alınması üçün cəmiyyətdə müəyyən nüfuz kontingentinə malik olan qüvvələri seçmək olar.

Xəbər lenti

Xəbər lenti