...

Azərbaycan prezidenti azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini yad edib

Siyasət Materials 31 Mart 2006 11:47 (UTC +04:00)
Azərbaycan prezidenti azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini yad edib

Azərbaycan prezidenti İlham Əliyev martın 31-də azərbaycanlıların soyqırım qurbanlarının xatirəsinə ucaldılmış kompleksə baş çəkib. Trend in xəbər verdiyi kimi, abidəyə əklillər qoyulub və dualar oxunub. Mərasimdə hökumət və parlament üzvləri, diplomatik korpus və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azhərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmana əsasən, 1998-ci ildən başlayaraq hər il ölkədə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. Azərbaycan prezidentinin soyqırım günü ilə bağlı fərmanı Milli Məclisin sessiyasında müzakirə olunub və xüsusi bəyanat qəbul edilib. Milli Məclis BMT, Avropa Şurası, ATƏT və digər beyənlaxlq təşkilatlara, dünya ölkələrinin hökumət və parlamentlərinə XIX-XX əsrlərdə Ermənistan hökuməti və erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımın tanınması təklifi il müraciət edib.

Soyqırım siyasəti Şimali Azərbaycanın zorla Rusiya imperiyasına birləşdirilməsindən sonra başlayıb. İmperator I Nikolayın fərmanı ilə İran və Türkiyədə yaşayan erməni ailələri Azərbaycan ərazisinə köçürülməyə başlayıb. Onlar əsasən ölkənin Qarabağ, Şamaxı, İrəvan xanlığı kimi ən münbit və bərəkətli ərazilərində yerləşdirilib. Zaqafqaziyada Ermənistan dövlətinin yaradılması üçün ilkin zəminin tarixi əsası belə qoyulub. Bu məqsədlə iki əsr ərzində azərbaycanlıların öz torpaqlarından qovulması istiqamətində məqsədyönlü siyasət aparılıb. Bununla əlaqədar tarixi sənədlər mövcuddur. Xüsusilə Qafqazın tarixi saxtalaşdırılmış, dinc Azərbaycan xalqına qarşı terror siyasəti yürüdən müxtəlif terror təşkilatları yaradılmışdır.

1905-1907-ci llərdə İrəvan və Gəncə quberniyalarında azərbaycanlıların məskunlaşdığı 200 yaşayış məntəqəsi, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında 75 kənd dağıdılmış, on minlərlə qadın, uşaq, qoca qətlə yetirlmişdir. 1918-ci il 30 - 31 mart tarixləri Bakı və Azərbaycanın digər rayonlarında dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi ilə yadda qalıb. 1918-ci ildə Bakıda hakimiyyət bolşeviklərin əlinə keçir. Bakı komunnasının icazəsi ilə silahlı daşnaq dəstələri tərəfindən 12 min türk qətlə yetirilib. Təkcə Şamaxıda 8 min dinc sakin həlak olub.

1918-ci ilin mart-aprel aylarında analoji hadisələr Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda törədilib. Burada erməni təcavüzü nəticəsində 50 mindən artıq azərbaycanlı öldürülüb. 1919-cu ildə hökumətin qərarı ilə 31 mart Milli Matəm Günü elan edilib.

Xəbər lenti

Xəbər lenti