...

ABŞ dövlət katibinin köməkçisi Metyu Brayz və Dövlət Departamentinin nümayəndəsi Stiven Hayzner Bakıya gələcək

Siyasət Materials 31 Mart 2006 15:42 (UTC +04:00)

Aprelin əvvəllərində ABŞ-ın dövlət katibinin köməkçisi Metyu Brayz və Dövlət Departamentinin nümayəndəsi Stiven Hayzner Bakıya gələcək.

Bu barədə martın 31-də Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Conatan Henik məlumat verib.

"Dövlət Departamentinin hər iki nümayəndəsi artıq gələn həftə Bakıya gəlir. Səfərdə məqsəd neft sektorunda şəffaflıq mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 5-də Bakıda mədən sənayesinin şəffaflığı təşəbbüsünün (EİTİ) Beynəlxalq Məsləhətləşmə Qrupunun dördüncü iclası keçiriləcək. İclas çərçivəsində (6 aprel) "EİTİ: pilot ölkələrin təcrübəsi" mövzusuna həsr olunmuş beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Tədbir EİTİ üzrə komissiyanın mədən sənayesində şəffaflığın artırılması Koalisiyası ilə əməkdaşlığı çərçivəsində keçiriləcək. Konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Misir, Nigeriya, Peru, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan QHT-ləri iştirak edəcək. Tədbirdə həmçinin ABŞ, Böyük Britaniya, Fransa, Norveç və Qazaxıstanın Azərbaycandakı diplomatik nümayəndələrinin rəhbərləri də təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti