...

Abbasəli Həsənov: İranda baş vermiş zəlzələ nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Siyasət Materials 31 Mart 2006 16:34 (UTC +04:00)
Abbasəli Həsənov: İranda baş vermiş zəlzələ nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur

"İranda baş vermiş zəlzələ nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur". Bu barədə Trend ə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov məlumat verib.

Qeyd edək ki, martın 31-də günün ikinci yarısına olan məlumata görə, İranın qərbində baş vermiş zəlzələ nəticəsində ən azı 70 nəfər həlak olub, 1000 nəfər yaralanıb. Rixter cədvəli üzrə 6 bal gücündə olan zəlzələ Luristan əyalətində Durud və Borkcerd sənaye şəhərcikləri arasında yerləşən ucqar rayonda baş verib.

Ə.Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev artıq bununla əlaqədar iranlı həmkarına başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti