...

Azərbaycan prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeymə hökmdarının müavini və vəliəhdini qəbul edib

Siyasət Materials 31 Mart 2006 16:44 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeymə hökmdarının müavini və vəliəhdi şeyx Səud bin Saqr əl-Qasimini qəbul edib, Bu barədə Trend məlumat verib.

Azərbaycan dövlətinin başçısı Azərbaycanla BƏƏ arasında əlaqələrin yüksək səviyyədə olduğunu və iki dövlətin bir çox istiqamətlərdə sıx əməkdaşlıq etdiyini bildirib. İ.Əliyev hazırki səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, Şeyx Səaud bin Saqr əl-Qasimi bildirib ki, Azərbaycanda olan dəyişiklər onda müsbət təəssürat yaradıb. "BƏƏ ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşımasında ölkəsinin maraqlı olduğunu bildirib" və iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti