...

Bakı Qərbi MDB üzrə gələcəyin şəhəri elan olunub

Siyasət Materials 31 Mart 2006 19:43 (UTC +04:00)
Bakı Qərbi MDB üzrə gələcəyin şəhəri elan olunub

Bu gün Bakıda Azərbaycan paytaxtına "Bakı Şərqi Avropada 2006-07-ci illərin gələcək investisiya şəhəridir" nominasiyası üzrə mükafatın təqdim edilməsinə həsr olunmuş "Birbaşa xarici investisiyalar və inkişaf" konfransı keçirilib. Trend bildirir ki, konfransı AB TASİS proqramının yardımı ilə Azərbaycanın ixrac və investisiyaların təşviqi fondu (AZPROMO) təşkil edib. Müsabiqə Financial Times qəzetinin qurumu olan FDI Magazine jurnalı tərəfindən keçirilir. Müsabiqənin ilkin mərhələsində Bakı Qərbi MDB üzrə gələcəyin şəhəri elan olunub. Bu mərhələdə Azərbaycan Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan kimi ölkələrin şəhərləri ilə rəqabət aparıb. İkinci mərhələdə isə Bakı Vilnüs (Latviya) və Budapeşt (Macarıstan) şəhərlərini arxada qoyaraq Vqno (Çexiya) şəhəri ilə rəqabətdən uğurla çıxıb. Seçimdə daha yaxşı iqtisadi potensial (şəhər ÜDM, qoyulan sərmayələrin səviyyəsi), ofislərin, sənaye obyektlərinin, torpaq sahələrinin icarə qiyməti, yeni tikilən binalarda mənzillərin qiyməti kimi amillər nəzərə alınıb.

İqtisadi inkişaf naziri Heydər Babayev bu qələbəni ölkənin iqtisadi inkişafında, xarici sərmayəçilərin cəlb edilməsi üçün şəraitin yaradılmasında qazanılmış nailiyyətlərin nəticəsi kimi qiymətləndirib. Keçirilən tədbirlər 2005-ci ilin yekunlarına görə yoxsulluq səviyyəsinin 29%-dək azaldılmasına gətirib çıxarıb. Bu gün ölkədə gerçəkləşdirilməsi üçün nüfuzlu şirkətlərin cəlb olunacağı layihələr mövcuddur.

Konfransa sədrlik edən ölkə parlamenti sədrinin müavini Valeh Ələsgərov 1994-cü ildən başlayaraq neft-qaz sektoruna $20 mlrd. həcmində birbaşa investisiyaların qoyulduğunu qeyd edib. Bu, sənaye, inşaat, nəqliyyat sektorlarının, eləcə də xidmət sahələrinin inkişafına kömək edib.

"Praktika göstərir ki, neft gəlirlərinin artırılması ilə bu vəsaitlərin qeyri-neft sektorunun inkişafına düzgün yönəldilməsi tələb olunur. Bu gün ölkə üçün mühüm istiqamətlər kənd təsərrüfatı istehsalı və emalı, eləcə də infrastrukturun yaradılması - suvarma sistemi, elektrik və oqaz şəbəkləri və paralel olaraq elm sahəsidir ki, bu da həm daxili, həm də xarici investisiyaların cəlb olunmasına imkan verir" -deyə V.Ələsgərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti