...

Azərbaycan Moldova və Gürcüstanla ÜTT çərçivəsində əməkdaşlığa dair ikitərəfli danışıqları uğurla başa vurub

Siyasət Materials 1 Aprel 2006 13:02 (UTC +04:00)

Azərbaycan Moldova və Gürcüstanla Ümumdünya Ticarət Təşkilatı çərçivəsində əməkdaşlığa dair ikitərəfli danışıqları uğurla başa vurub.

Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, buna Azərbaycan və həmin ölkələrin hökumətləri arasında ikitərəfli danışıqların aparılması nəticəsində nail olunub.

Tərəflər əmtəə və xidmətlər bazarına giriş məsələlərində ümumi razılığa gəlib. Yaxın vaxtlarda Azərbaycan hökumiəti ilə Moldova və Gürcüstan hökumətləri arasında ikitərəfli sazişlər imzalanacaq.

"Digər ölkələrlə də ikitərəfli danışıqlar davam etdiriləcək", - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, növbəti danışıqlar bu günlərdə Cenevrədə aparılıb. Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Növbəti danışıqlar 2006-cı ilin qışında aparılacaq.

Xəbər lenti

Xəbər lenti