...

MTN əməkdaşları tərəfindən İran-Azərbaycan-Rusiya-Yaponiya marşrutu üzrə külli miqdarda narkotik maddə daşınması ilə məşğul olan qrup zərərsizləşdirilib

Siyasət Materials 3 Aprel 2006 11:19 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran-Azərbaycan-Rusiya-Yaponiya marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınmasına cəhd edən qrup müəyyələşdirilərək dəstənin bir neçə üzvü zərərsizləşdirilib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

28 mart 2006-cı il tarixdə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilən narkotik vasitənin daşınması ilə məşlum olan Cəlilabad rayonu, Edişə kən sakinləri 1985-ci il təvəllüdlü Ağayev Ruslan Nurulla oğlu, 1988-ci il təvəllüdlü Quliyev Vadim Fail oğlu, 1988-ci il təvəllüdlü Quliyev Saleh Xudam oğlu və Salyan şəhər sakini, 1977-ci il təvəllüdlü Abdullayev Elçin Siyasət oğlu saxlanılıb. Onlardan xüsusi qablaşdırılmış və üzərində istehsal möhürü olan külli miqdarda narkotik vasitə - ümumi xalis çəkisi 21 kq 694 qram həşiş aşkarlanaraq götürülüb.

Qrupun zərərsizləşdirilməsi üzrə keçirilən tədbirlər zamanı onun üzvləri hadisə yerindən qaçaraq Salyan rayonu, Şorsulu kəndi yaxınlığında gizlənməyə cəhd göstəriblər. Lakin səriştəli və qətiyyətli tədbirlər nəticəsində qrup üzvləri yaxalanıb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət

Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və ya prekursorları hazırlanma, istehsal etmə, saxlama, daşınma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti