...

Azərbaycan və Argentina XİN-ləri əməkdaşlığa dair saziş imzalayacaq

Siyasət Materials 3 Aprel 2006 14:00 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinada işgüzar səfərdədir. Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Trend ə bildirib ki, bu gün nazirin Argentinanın XİN başçısı Korxe Tayane ilə görüşüğ planlaşdırılıb.

Görüşdə iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin perspektivlərinin müzakirəsi gözlənilir. T.Tağızadə bildirib ki, danışıqların yekunlarına əsasən bir sıra ikitərəfli sənədlər, o cümlədən Azərbaycan və Argentina xarici işlər nazirləri arasında əməkdaşlığa dair saziş imzalanacaq.

Azərbaycanın XİN başçısı Argentinada səfərini başa vurduqdan sonra Braziliyaya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti