...

Müxalifətçi deputat qrupunun aprel ayı üçün koordinatoru Aynur Camalqızıdır

Siyasət Materials 3 Aprel 2006 16:58 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən müxalifətçi deputat qrupunun mart ayı üçün sonuncu iclası keçirilib. Bu barədə Trend ə adıçəkilən qrupda təmsil olan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənfəroğlu qeyd edib ki, sonuncu yığıncaqda ölkədəki siyasi vəziyyətlə yanaşı aprel ayı üçün qrupun koordinatorunun seçilməsi məsələsi müzakirə olunub: "Səsvermə nəticəsində Aynur Camalqızı aprel ayında qrupun koordinatoru vəzifəsini həyata keçirəcək".

Qeyd edək ki, müxalifətçi millət vəkillərindən ibarət olan qrupda 5 partiya rəhbəri və Müsavat Partiyasının üzvü Aynur Camalqızı təmsil olunur. F.Qəzənfəroğlu onu da qeyd edib ki, qrupun əsasnaməsinə görə hər həftənin bazar ertəsi toplantılar keçirilməlidir: "Lakin bugünkü toplantı müəyyən səbəblər üzündən təxirə salınıb. Çünki qrupun toplantıları koordinator vəzifəsini icra edən partiya sədrlərinin qərargahında keçirilirdi. Parlamentin aprelin 4-də keçiriləcək növbəti toplantısında qrupun yeni koordinatoru Aynur xanım iclasların harada keçiriləcəyi ilə bağlı bizi məlumatlandıracaq".

Xəbər lenti

Xəbər lenti