...

Bakıda "Good Morning, uşaqlar!" Beynəlxalq Fondu yaradılıb

Siyasət Materials 3 Aprel 2006 17:10 (UTC +04:00)
Bakıda "Good Morning, uşaqlar!" Beynəlxalq Fondu yaradılıb

Aprelin 3-də Bakıda "Good Morning, uşaqlar!" Beynəlxalq Fondunun açıldığı elan edilib. Bu barədə Trend məlumat yayıb. Bu hadisəyə həsr olunmuş mətbuat konfransında "Yeni Bakı və Vyana" Avstriya-Azərbaycan cəmiyyətinin prezidenti doktor Neda Berger bildirib ki, Bakıda "Good Morning, uşaqlar!" Beynəlxalq Fondunun yaradılmasının təşəbbüskarı həmin cəmiyyətdir.

"Bu, Beynəlxalq Fond kimi bir təşkilatdır, yarandığı yer isə Bakı olacaq", -deyə o bildirib. Xanım Berger jurnalimstlərə Fondun prezidentini- dünya şöhrətli avstriyalı professor və "Azərbaycanın böyük dostu" doktor Yorq Birkmayeri təqdim edib. O, həm də Daun sindromlu, Parkinson xəstəliyindən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulan "ENADA" qida əlavəsi xüsusi preparatının yaradıcısıdır. Professorun və cəmiyyətin təşəbbüsü ilə Azərbaycana Daun sindromundan əziyyət çəkən 70 uşağın həkim nəzarəti altında qəbul edəcəkləri bu preparatın partiyası gətiriləcək. Cəmiyyətin prezidentinin sözlərinə görə, preparatlar yüksək keyfiyyətə malikdir və Avropa və ABŞ-ın bir çox ölkələrində patentləşdirilib. N.Berger bunun azərbaycanlı uşaqlar üzərində qətiyyən təcrübə olmadığını qeyd edib və bütün dünyada "ENADA"nı preparatın müsbət təsir göstərdiyi hüceyrələrin enerjisini bərpa etməyə ehtiyacı olan siyasətçilərin, hökumət nümayəndələrinin, idmançıların, aktyorların qəbul etdiyini bildirib.

Xanım Bergerin sözlərinə görə, fondun əsas məqsədi müxtəlif xəstəliklərdən əziyyət çəkən azərbaycanlı uşaqlara yardım göstərməkdir. Fondun fəaliyyəti Qazaxıstandan, Gürcüstandan və digər ölkələrdən olan uşaqları əhatə edir. Aprelin 4-də Bakıda fondun açılışı keçiriləcək. Eləcə də Filarmoniyada iki ölkə arasında diplomatik münasibətlərin bərpasının ildönümünə həsr olunan xeyriyyə konserti keçiriləcək. Konsertdə məşhur Avstriya dirijoru da iştirak edəcək. N.Berger Fondun gələcək fəaliyyətində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, Azərbaycanın xalq artisti Təranə Muradovanın, "Spase" telekanalının prezidenti Etibar Babayevin rolunu və köməyini xüsusi qeyd edib.

Cəmiyyət prezidentinin qeyd etdiyi kimi, Avstriya-Azərbaycan "Yeni Bakı və Vyana" cəmiyyəti 2000-ci ildə yaradılıb. Cəmiyyətin fəaliyyətində əsas istiqamət ehtiyacı olan Azərbaycan uşaqlarına yardım etməkdir. Onun sözlərinə görə, cəmiyyət Avropada yeganə olan Bakıdakı Daun sindromlu uşaqların teatrını, uşaq evini himayəyə götürüb, eləcə də görmə qabiliyyətindən məhrum olan və ya zəif görən uşaqların əməliyyat olunması üçün vəsait toplayır. Cəmiyyət Qərbi Avropada ilk dəfə olaraq 2001-ci ildə Vyanada ictimaiyyətin diqqətini Qarabağa və onun problemlərinə cəlb etmək üçün "Qarabağ uşaqlarının göz yaşları" adı altında böyük aksiya keçirib.

Cəmiyyətin fəaliyyətində ikinci istiqamət isə, onun prezidentinin sözlərinə görə, Azərbaycanla Avstriya arasında mədəni körpü yaratmaqdır. Cəmiyyət 2002-ci ildə ilk dəfə olaraq Azərbaycan və Avstriya mədəniyyəti günlərinin təşkilatçısıdır.

Xəbər lenti

Xəbər lenti