...

Vitse-spiker BMT Əhali Fondunun regional direktoru ilə görüşüb

Siyasət Materials 3 Aprel 2006 18:19 (UTC +04:00)

BMT Əhali Fondunun Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru xanım Anne Birgitte Alberktsen aprelin 3-də Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Bahar Muradova Azərbaycanla BMT arasındakı əlaqələrin tarixindən, ölkənin bu təşkilatın ayrı-ayrı qurumları ilə əməkdaşlığından söz açıb, BMT Əhali Fondunun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan dünyanın belə nüfuzlu təşkilatı ilə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edir.

Anne Birgitte Alberktsen deyib ki, BMT-nin Əhali Fondu Azərbaycanda gedən prosesləri, insanların, xüsusilə uşaq və gənclərin, eləcə də qadınların problemlərinin həlli istiqamətindəki islahatları diqqətlə izləyir, bu sahədə əməkdaşlığın inkişafına önəm verir. Əhali Fondu uşaq və gənclərlə, gender bərabərliyi ilə əlaqədar layihələr hazırlayıb. Həmin layihələrin Azərbaycanda həyata keəirilməsinə və qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə hər cür kömək göstərməyə də hazırdır.

Milli Məclis sədrinin müavini uşaqların, gənclərin, eləcə də qadınların hüquqlarının qorunması ilə bağlı parlamentdə qəbul olunan qanunlar, hazırda üzərində tamamlama işləri gedən layihələr və həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti