...

BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycana növbəti humanitar yardım gətirib

Siyasət Materials 3 Aprel 2006 20:25 (UTC +04:00)

ABŞ Kənd Təsərrüfatı Departamentinin BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) ianə etdiyi 3.000 ton buğda unu və 200 ton bitki yağı aprelin 3-də Azərbaycana gətirilib.

Trend bildirir ki, bu barədə BMT ÜƏP mətbuat xidmətinin məlumatında deyilir. Məlumatda xüsusilə qeyd olunur ki, töhfənin çatdırılması Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş 130 min azərbaycanlı üçün vəsait çatışmamazlığı ilə bağlı ÜƏP-in narahatçılıq keçirdiyi bir dövrə təsadüf edir. ABŞ-ın ianə etdiyi buğda unu və bitki yağı ÜƏP-in fəaliyyət göstərdiyi 11 rayondakı məcburi köçkünlərə paylanacaq.

ÜƏP-in Azərbaycandakı nümayəndəsi Rəhman Çoderi qeyd edib ki, "xüsusilə ÜƏP-in iki illik layihəsinin başlanması dövründə ianə edilən buğda unu və bitki yağı Azərbaycanda əsas ehtiyac duyulan ərzaq məhsulları hesab olunur və ümid edirəm ki, məcburi köçkünlərə kömək göstərməkdə bu addım digər donorları da ruhlandıracaq". O, əlavə edib ki, "2008-ci ilin ortalarınadək məcburi köçkünlərə yardım göstərilməsi üçün bu cür ianələrə ehtiyac var".

Xəbər lenti

Xəbər lenti