...

Nizami Cəfərov: "Türk Dövlətləri Parlament Assambleyasının yaradılması ilə bağlı danışıqlar aparılır"

Siyasət Materials 4 Aprel 2006 12:34 (UTC +04:00)

Türk Dövlətləri Parlament Assambleyasının yaradılması ilə bağlı bu dövlətlər arasında danışıqlar aparılır. Bu barədə Trend ə Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov məlumat verib.

O, bildirib ki, Türk Dövlətlərinin Parlament Assambleyasının yaradılması ideyası artıq ermənilər tərəfindən qısqanclıqla qarşılanır. Amma N.Cəfərov hesab edir ki, ermənilərin narahatlıq keçirməsinə əslində heç bir səbəb və əsas yoxdur: "Çünki bizim məqsədimiz böyük Turan dövləti yaratmaq deyil. Yaxud bütün türk dünyasında ümumi bir seçki keçirib vahid parlament yaratmaq niyyətində deyilik. Burada məqsəd türk dövlətlərinin parlamentləri arasında əlaqələr yaratmaq, məsləhətləşmələr aparmaq, dünyanın ümumi hormoniyasında birgə iştirak etməkdir. Hələlik türkdilli dövlətlər arasında bu istiqamətdə danışmalar gedir".

Millət vəkili onu da deyib ki, Türk Dövlətləri Parlament Assambleyasının bu il ərzində yaradılması gözlənilmir. Amma onun fikrincə, bu ideyanın reallaşmasına razılıq verməyən dövlət olmayacaq.

Xəbər lenti

Xəbər lenti