...

Milli Məclisdə 10 sənəd müzakirəyə çıxarılıb

Siyasət Materials 4 Aprel 2006 13:46 (UTC +04:00)

Milli Məclisin aprelin 4-də keçirilən növbəti iclasının gndəliyinə 10 sənədin təsdiqlənməsi daxil edilib. Trend xəbər verir ki, iclasa sədrlik edən MM sədrinin birinci müavini Ziyafət Əsgərov Kəlbəcərin işğalında həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi təklifindən sonra gündəlikdəduran məsələlərin müzakirəsinə başlanılıb.

İnsan hüquqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslaneova "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" konvensiyanın 14 saylı protokolunun təsdiq edilməsi barədə danışıb. Millət vəkili bildirib ki, konvensiyada bir sıra dəyişikliklər zəruridir. Bunların sırasına hakimlərin 6 il deyil, 9 il müddətinə seçilməsi, təkhakimlilik institutunun formalaşması, fərdi ərizələrin qəbul edilməsi, qərarların məcburi dəyişdirilməsi və s. daxildir. R.Aslanova qeyd edib ki, sözügedən protokola dəyişikliklər insan haqlarının qorunmasına xidmət edir.

Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasnın sədri Əli Hüseynov da məlum protokola bir sıra dəyişikliklərin zəruriliyini qeyd edib. Hər iki komissiya sədrinin sözgedən protokolun təsdiq edilməsi barədə çıxışlarından sonra müzakirələr başlanıb. Millət vəkili Fazil Qəzənfəroqlu konvensiyanın dilində qüsurların olduğunu bildirib. Qənirə Paşayeva isə qeyd edib ki, bu protokolu müzakirəyə başlamazdan öncə 31 mart - Azərbaycanlıların Soyqırımı məsələsi gündəmə gətirilməli idi. Pənah Hüseynov və Gülər Əhmədova da məlum sənədlə bağlı təklif və iradlarını bildiriblər. Sənəd səsvermə nəticəsində qəbul edilib.

Gündəlikdə duran daha iki məsələ - Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanstalt für Viederaufbau, Frankfut am Main (KFW) Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə maliyyələşdirmə müqaviləsinin və həmin müqaviləyə dair xüsusi razılaşmanın təsdiq edilməsi haqqında və "Xəzər dənizinin, dəniz ətraf mühitinin mühafizəsi haqqında" çərçivə konvensiyasının təsdiq edilməsi barədə parlament sədrinin müavini Valeh Ələsgərov çıxış edib.

Xəbər lenti

Xəbər lenti