...

Əli Əliyev: "Fəaliyyətimizi Vətəndaş və İnkişaf Partiyası adı ilə davam etdirəcəyik"

Siyasət Materials 1 May 2006 11:15 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri Əli Əliyevin rəhbərlik etdiyi qurumun Məclisinin aprelin 30-da növbəti toplantısı keçilirib. Bu barədə Trend ə Əli Əliyevin özü məlumat verib.

Ə.Əliyev bildirib ki, toplantıda bir sıra məsələlərlə yanaşı, rəhbərlik etdiyi qurumun adının dəyişdirilməsi də müzakirə olunub: "Müxtəlif variantlar təklif olundu. Qərara aldıq ki, gələcəkdə Vətəndaş və İnkişaf Partiyası adı ilə fəaliyyət göstərək. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək üçün müvafiq sənədləri hazırlayırıq".

Ə.Əliyev onu da qeyd edib ki, qurultayın vaxtı texniki məsələlərin həllindən asılıdır. "Qurultayın mayın sonu iyunun əvvəllərində keçirilməsi planlaşdırılıb", - deyə o nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti