...

"Heydər Əliyev adına BTC neft kəməri regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın qarantıdır" mövzusunda beynəlxalq aksiyaya start verilib

Siyasət Materials 1 May 2006 11:48 (UTC +04:00)

Azərbaycan Qadınlarının Milli Konfedrasiyası və Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın qarantıdır" mövzusunda beynəlxalq aksiyaya start verilib. Trend xəbər verir ki, aksiyaya kəmərin keçdiyi hər üç ölkənin nümayəndələri qatılacaq.

Aksiya iştirakçıları mayın 1-də Bakıdan çıxaraq əvvəlcə Azərbaycan, Gürcüstan və Türkiyənin bir neçə şəhər və rayonunda olacaq, Yevlaxda, Gəncədə, Şəmkirdə, Tovuzda və Qazaxda yerli sakinlərlə görüşəcək, BTC boru kəmərinin iqtisadi-siyasi, sosial əhəmiyyəti barədə məlumat verəcəklər.

Mayın 2-də Gürcüstanda olacaq nümayəndə heyəti bu ölkə parlamentinin spikeri Nino Burcanadze, habelə millət vəkilləri və Marneuli rayon icra hakimiyyətinin başçısı Amiran Çibutidze ilə görüşəcək, neft kəmərinin keçdiyi ərazidə yaşayan əhali ilə təmasda olacaq. Ertəsi gün isə aksiyaçılar Türkiyəyə gedəcək. Onlar Trabzonda, Adanada və Ceyhanda ictimaiyyət nümayəndələri ilə görüşəcək, Ceyhan Neft Terminalında bir sıra tədbirlər keçirəcək.

Tədbirdə Azərbaycandan gedən konsert qrupları da iştirak edəcək. Hər üç ölkədən olan aksiya iştirakçılarının Adanada keçirilməsi nəzərdə tutulan mitinqə qatılacaq Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğanla da görüşü nəzərdə tutulur.

Aksiya 7 gün davam edəcək. Aksiyada Milli Məclisin deputatları Məlahət Həsənova, Qənirə Paşayeva və Həvva Məmmədova da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti