...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Siyasət Materials 1 May 2006 12:31 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Aprelin 24-28-də Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin bir barelinin orta qiyməti $71,34 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $0,67 azdır. Trend in xəbər verdiyi kimi, aprelin 24-28-də AZERI LT neftinin maksimal qiyməti $73,04, minimal qiyməti isə $69,99 təşkil edib.

Aprelin 24-28-də Azərbaycanın Novorossiysk limanında satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti $65,16 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $0,54 azdır. Aprelin 24-28-də URAL neftinin maksimal qiyməti $66,38, minimal qiyməti isə $64,15 təşkil edib.

Aprelin 24-28-də Brent (DTD) etalon növlü neftin qiyməti $72,85 təşkil edib. Bu, əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $0,51 çoxdur. Ötən həftə bu neftin 1 barelinin maksimal qiyməti $74,12, minimal qiyməti isə $71,66 təşkil edib.

Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə, kükürdün həcmi - 0,14%, URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə, kükürdün həcmi - 1,3%, DTD-nin sıxlığı APİ üzrə 38,3 dərəcə, kükürdün həcmi 0,36% təşkil edir.

I rübdə ARDNŞ ötən ilin analoji dövrü ilə müqayisədə Bakı-Novorossiysk boru kəməri ilə 3 dəfə az neft nəql edib. Buna səbəb AÇG-də neft hasilatının artması və bu neftin ABƏŞ tərəfindən şiman boru kəməri ilə nəqlidir. Nəticədə boru kəməri ilə daşıma həcminin təxminən 80%-i ABƏŞ-ə məxsusdur və ARDNŞ hər ay təxminən 60-80 min ton neft göndərir. İyundan başlayaraq ABƏŞ BTC-nin istismara verilməsi ilə əlaqədar neftin nəqlini diversifikasiya edə bilər. Ancaq ARDNŞ-in bu boru kəməri ilə nəql olunan neftinin həcminin artması ABƏŞ-də hasilatın həcmindən və BTC-də aparılan işlərdən asılı olacaq. Mayda ARDNŞ Bakı-Novorossiysklə təxminən 60 min ton Urals nefti yükləyəcək.

Xəbər lenti

Xəbər lenti