...

Gəncədə insan alveri ilə bağlı 7 nəfər həbs olunub

Siyasət Materials 1 May 2006 12:43 (UTC +04:00)

Dünən Gəncə şəhər Polis idarəsi "Təmiz Dünya" təşkilatı ilə birlikdə insan alveri ilə bağlı tədbir keçirib. Polis işçilərinin qatılıdığ tədbirdə respublikamızda insan alveri ilə bağlı vəziyyət nəzərdən keçirilib. Və bu sahədə görülən tədbirlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Gəncə şəhər Polis İdrasindən bildiriblər ki, ötən il şəhərdə insan alveri ilə bağlı 7 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu şəxslər qadınları iş tapmaq bəhanəsi ilə aldadaraq ayrı- ayrı ölkələrə aparıblar.

"Təmiz Dünya" təşkilatının layihə koordinatorunun müavini Vəfa Salehovun sözlərinə görə, aldadılan şəxslər əsasən Türkiyə və Dubay kimi ölkələrə aparılır. Və burada barlara satılır. Salehov həmçinin onu da əlavə edib ki, adıçəkilən ölkələrdə bar və kafelərin rəhbərləri əsasən ermənilərdir. Onlar qadınların bədəninə türk, azəri kimi sözlər də yazırlar. Təşkilatın apardığı araşdırmalara görə, son illər qadınlardan başqa azyaşlı oğlanlar da insan alverinin qurbanı olurlar. Onların orqanlarından alver məqsədi ilə istifadə olunur.

Polis işçiləri isə insan alveri ilə mübarizə işini asanlaşdırmaq üçün ölkəmizdə sərhədlər haqqında qanuna düzəlişlər etməyin zəruriliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti