...

Seçkiləri müşahidə etmək üçün Vaşinqtondan xüsusi nümayəndə heyətinin gəlişi gözlənilmir

Siyasət Materials 1 May 2006 14:08 (UTC +04:00)

Mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkiləri müşahidə etmək üçün Vaşinqtondan xüsusi nümayəndə heyətinin gəlişi gözlənilmir. Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, təkrar seçkilərin keçiriləcəyi seçki dairələrinin sayı 10-na bərabərdir. Ancaq bu, amerikalı ekspertlərin xüsusi səfərinin təşkili üçün o qədər də böyük rəqəm deyil. Bununla yanaşı, səfirliyin əməkdaşları bütün dairələrdə seçkilərin montirinqində iştirak etmək və vəziyyəti diqqətlə izləmək niyyətindədir. Müşahidələrin nəticələrinə əsasən müvafiq hesabat hazırlanacaq.

C.Henik 2005-ci il noyabr parlament seçkilərində olduğu kimi, bu seçkilərdə də ABŞ nümayəndələrinin ATƏT missiyasının tərkibində müşahidələrdə iştirak edəcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti