...

Azərbaycan Yolu Siyasi Hərəkatı Şuşanın işğalının 14-cü ildönümü ilə bağlı Kanadanın Feyerbax şəhərində aksiya keçirib

Siyasət Materials 1 May 2006 15:30 (UTC +04:00)

Azərbaycan Yolu Siyasi Hərəkatı Şuşanın işğalının 14-cü ildönümü ilə bağlı Kanadanın Feyerbax şəhərində aksiya keçirib. Bu barədə Trend ə adıçəkilən hərəkatın mətbuat xidmətindən bildiriblər.

Aksiyada Şuşanın işğalının 14-cü ildönümünə, qondarma erməni soyqırımına etiraz edilib, həmçinin qəbi azərbaycanlılara Ermənistan adlanan ərazidə muxtariyyət verilməsi tələbi qoyulub. Tədbirdə adıçəkilən hərəkatın Kanadya göndərdiyi Qarabağ faciəsini əks etdirən fotoşəkillər sərgilənib, videolent göstərilib. Həmçinin 1918-ci ildə Qubada ermənilər tərəfindən qətlə yetirilən yəhudilərin siyahısı oxunub.

Tədbirə qatılan yəhudi millətinin nümayəndələri də erməni vəhşiliyinə öz etirazlarını bildiriblər. O da bildirilib ki, aksiyaya qatılan türk icmaları ilə adıçəkilən hərəkat mayın 14-də Kanadanın Vankuver şəhərində erməni terrorunu açıqlamaq məqsədilə mitinq keçirməyi qərar alıblar.

Qeyd edək ki, Azərbaycan Yolu Siyasi Hərəkatda 10 partiya və 30 QHT təmsil olunur. Hərəkatın dünyanın 15 ölkəsində təmsilçiliyi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti