...

Milli QHT Forumunda struktur dəyişiklikləri ediləcək

Siyasət Materials 1 May 2006 17:22 (UTC +04:00)

Milli Qeyri Hökumət Təşkilatları Forumunda (MQF) struktur dəyişiklikləri ediləcək. Bu barədə Trend ə MQF-nin vitse-prezidenti Fərasət Qurbanov məlumat verib.

O, bildirib ki, MQF-də vitse-prezidentlik institutu ləğv olunacaq. Əvəzində ayrı-ayrı sahələr üzrə departamentlər yaradılacaq. Qeyd edək ki, qurumda 6 nəfər vitse-prezident fəaliyyət göstərir.

MQF-nin aprelin 26-da keçirilən VI qurultayında yeni tərkibi seçilmiş İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının ilk iclasları isə bu həftə keçiriləcək və həmin qurumların sədrləri seçiləcək.

Struktur dəyişiklikləri MQF-nin fəaliyyətinin gücləndirilməsi, daha çevik idarəetmə mexanimzləri yaratmaq və effektliv işlər həyata keçirmək məqsədilə edilir. Bu tədbirlər çərçivəsində qeyri-hökumət-təşkilatlarının (QHT), həmçinin beynəlxalq qurumların yerli nümayəndəliklərinin fəaliyyəti, gördüyü işlərin monitorinqi aparılacaq.

Vitse-prezidentin bildirdiyinə görə, yaxın günlərdə MQF-yə yeni üzvlər qəbul ediləcək və həmçinin bəzi QHT-lər qurumun üzvlüyündən xaric ediləcəklər. Nəzarət Təftiş Komissiyası MQF-dən xaric olunacaq üzvlərlə bağlı məlumatları İdarə Heyətinə təqdim edəcək. İdarə Heyəti isə bununla bağlı müvafiq qərarlar çıxaracaq.

Xəbər lenti

Xəbər lenti