...

Kürdə daşqınlar başlayır

Siyasət Materials 1 May 2006 17:48 (UTC +04:00)

Sabirabad rayonu ərzisində Kürə qovuşan Araz çayında qəfil daşqınların başlanması və havaların uzun müddət yağmurlu keçməsi üzündən dağ çaylarında sululuğun artması son günlər Kür çaynda səvviyyənin kəskin qalxmasına səbəb olb. Bundan başqa, Minqəçevir su elektrik stansiyasının anbarlarından Kürə buraxılan suyun həcmi də artılıb. Mütəxəssislərin bildirdiyinə görə, dərinliyi 83 metrə çatan anbarlarda səviyyə artıq 80 metrə çatdığından su çaya axıdılır. Bütün bunlar son bir həftədə Kürün 1,5 metr qalxması ilə nəticələnib. Ona görə də çayın aşağı axınında yerləşən Salyan və Neftçala rayonlarının sahili boyunca yaşayan əhalinin may ayında növbəti təbii fəlakətlə üzləşəcəyi artıq qaçılmaz görunür.

Belə ki, Salyan şəhərini 6,2 km uzunluğunda kəmər kimi əhatə edən Kürün səviyyəsinin qalxması səbəbindən su atıq birləşmiş qablar qanununa uyğun olaraq, şəhərin altına dolmağa başlayıb. Bu günədək 100-ə yaxın evin həyətini qrunt suları basdığından, sahiblərinin normal yaşayışı pozulub, sanitar qurğular işləmir. Adamlar evlərinə həyətlərə düzdüükləri daşların üstü ilə girib-çıxırlar. Amma hər gün 20-25 sm daşan çay belə getsə, 4-5 gün ərzində 100-lərlə həyəti su altında qoyacaq. Mütəxəssislər isə bildirirlər ki, Kür daşqınları fasilələrlə iyun ayının birinci yarısına qədər davam edəcək. Salyan rayon icra hakimiyyətindən verilən məlumata görə, daşqına məruz qalan həyətlərdə qrunt sularını çəkmək üçün elektrik nasosları quraşdırmaq nəzərdə tutulub. Yerli əhali isə birdəfəlik çıxış yolunu artıq respublika Fövqəladə hallar nazirinin də etiraf etdiyi kimi lilləndiyi üçün yatağı daralmış Kür çayının təmizlənməsində və 2-3 metr dərinləşdirilməsində görürlər.

Xəbər lenti

Xəbər lenti