...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin mitinqə hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib

Siyasət Materials 1 May 2006 17:50 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) mitinqə hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Bu barədə Trend ə Təşkilat Komitəsinin Ümid Partiyasından olan üzvü, partiya sədrinin müavini Nəsimi Məmmədli bildirib.

Qeyd edək ki, MSƏM-ə daxil olan Azərbaycan Milli İstiqlal Partiyası istisna olmaqla, Azərbaycan Milli Demokrat Partiyası, Ümid Partiyası, Tərəqqi Partiyası və Milli Dirçəliş Hərəkatı mayın 6-da Dağlıq Qarabağ problemi ilə bağlı mitinq keçirməyi planlaşdırıb. Onu da bildirək ki, Təşkilat Komitəsinin üzvləri Ümid Partiyasından Nəsimi Məmmədli və Elşad Əsbətli, Azərbaycan Milli Demokrat Partiyasından isə Mübarizə Hümbətov və Oqtay Xəlillidir.

N.Məmmədli bildirib ki, Təşkilat Komitəsinin sədrləri (Ümid Partiyasının sədri İqbal Ağazadə və MMDP sədri İsgəndər Həmidov) aprelin 30-da toplantı keçiriblər. Mayın 1-də komitənin üzvləri Ümid Partiyasının qərargahında toplantı keçirib: "Mitinqə hazırlığın vəziyyəti, bir sıra texniki məsələlər müzakirə olunub".

N.Məmmədli onu da qeyd edib ki, mayın 4-də MSƏM-ə daxil olan partiyaların Bakı, Sumqayıt şəhər və qaçqın rayon təşkilat sədrlərinin ümumi toplantısı keçiriləcək. Toplantıda mayın 6-a planlaşdırılan mitinqə hazırlıqla bağlı vəziyyət müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti