...

2006-cı ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycandakı seçkilərlə bağlı iki fəaliyyət planını təsdiqləyib

Siyasət Materials 1 May 2006 18:50 (UTC +04:00)

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) 2006-cı ildə Azərbaycandakı seçkilər üzrə iki fəaliyyət planını təsdiqləyib. Bu barədə Trend agentliyinin məlumatına əsasən, AŞNK-nın hazırkı sədrinin (Rumıniya) 2006-cı il yanvar-aprel hesabatında deyilir.

Birinci fəaliyyət planı iki ilə nəzərdə tutulub və ölkənin AŞ qarşısındakı öhdəliklərinin icrası istiqamətində göstərdiyi səylərə yardım məqsədi daşıyır. Sənəd Azərbaycanda seçki təcrübəsi və Seçki Məcəlləsinin Avropa standartlarına uyğunlaşdırılması, insan haqları və KİV-in azadlığının müdafiəsi, korrupsiya ilə mübarizə və yerli demokratiyanın inkişafı sahəsində addımların atılmasını nəzərdə tutur.

ANŞK-nın təsdiqlədiyi ikinci plan isə qısamüddətlidir və Azərbaycan hakimiyyətinə 13 may təkrar parlament seçkilərinin təşkili məsələsində dəstək xarakteri daşıyır. AŞPA-nın 1480 (2006) saylı qətnaməsini nəzərə alaraq, Nazirlər Kabineti Azərbaycanı təkrar parlament seçkilərin "azad və şəffaf" olmasını təmin etmək üçün tədbir görməyə çağırıb.

Qısamüddətli fəaliyyət planının gerçəkləşdirilməsi təkrar seçkilərdən sonra Azərbaycana gələcək AŞPA həmməruzəçiləri tərəfindən yoxlanılacaq.

Xəbər lenti

Xəbər lenti